Bir müddətdir səhhəti qeyri-sabit olan meyxanaçı Aydın Xırdalanlıda yeni xəstəlik tapılıb.
Bu gün yerli mediada onun “Hepatit C” xəstəliyindən əziyyət çəkməsi ilə bağlı məlumat yayılıb.
Meyxanaçı ÇıxışYolu.Com-a açıqlama verərək xəbəri təsdiqləyib:
“Bir müddətdir narahat idim. Fikirləşdim ki, müayinə olunmaq lazımdır. Gedib qan analizi verdim. “Hepatit C” aşkarlandı, müalicələrə başlamalıyam”.
Aydın bildirib ki, bunlar zamanında istifadə etdiyi narkotikin fəsadlarıdır:
“Əslində, indi narkotikdən müalicə alıram. Demək olar ki, uzaqlaşmışam. Amma tam sağalmamışam. Müalicələrimi sonadək davam etdirməliyəm”.