Aygün Bəylər və Nigar Camalın dueti üç gündə trendə düşdü – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Aygün Bəylər və Nigar Camalın ifası dörd il sonra trend olub.
Cixisyolu.com xəbər verir ki, mərhum Əməkdar artist Aygün Bəylər və “Avroviziya”nın
qalibi Nigar Camalın “Nəfəsim, qəlbim” mahnısı 2019-cu ildə işıq üzü görüb.
Sənətçilərin dueti 4 il sonra yenidən diqqət çəkib. Buna səbəb isə Aygün
Bəylər dünyasını dəyişəndən sonra Nigarın efirdə mahnını tək ifa edərkən
ağladığı anların
“YouTube”da 1,5 milyon baxışı olan mahnı üç gündə 400 mindən çox baxış sayı
toplayıb. İfa eyni zamanda “TikTok”da da trendə düşüb.
Qeyd edək ki, mahnının sözləri İkram Əliyevə, musiqisi isə Nigar Camala
məxsusdur. Sənətçilərin “Şəhidlər” adlı dueti də var.
Xatırladaq ki, Əməkdar artist Aygün Hümmətova (Bəylər) Türkiyənin paytaxtı
Ankara şəhərindəki xəstəxanada yanvarın 7-dəvəfat edib
Nəzrin Vahid
Source link