Aygün Bəylərin bacısı: “Cananın pula ehtiyacı yoxdur”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Dünən bloqer Aynişan Quliyeva mərhum Əməkdar artist Aygün Bəylərin qızı ilə
bağlı paylaşım edərək, izləyicilərini ona maddi dəstək verməyə çağırıb.
Lent.az-ın xəbərinə görə, o, “Hesab açıb, Canan üçün pul yığaq, 18 yaşından
sonra istifadə etsin” şəklində çağırış edib. Lakin bu çağırış Cananın qohumları
tərəfindən xoş qarşılanmayıb.
Bu barədə Aynişan özü məlumat verib:
“Aygün Bəylərin qızı ilə bağlı paylaşım etdim. Düşündüm ki, hesab açıb, pul
yığarıq, qız 18 yaşında ona toxuna bilər. Onun xalası anama zəng etdi ki,
bundan sonra Cananın 60 il yaşaması üçün də büdcəsi var”.