Aygün Bəylərin həyat yoldaşı haralardadır? – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Əməkdar artist Aygün Hümmətovanın (Bəylər) vəfat etməsi Azərbaycan mədəniyyəti
üçün böyük itkidir. Şübhəsiz ki, o, əvəzolunmaz səsi, təkrarsız ifası,
zəngulələri, eləcə də geyim tərzi ilə yaddaşlarda qalacaq.
48 yaşında dünyasını dəyişən sənətkarın özündən sonraya ifaları ilə yanaşı, 14
yaşlı bir qız övladı da qalıb.
Yəqin ki, Aygün Hümmətovanın qızı Cananın atasının kim olması ictimaiyyət üçün
də maraqlıdır.
Modern.az saytı sənətkarın keçmiş həyat yoldaşı ilə bağlı kiçik bir araşdırma
aparıb.
Aygün Hümmətova təxminən 15 il öncə Almaniyada yaşayan Rəsul Vilayət adlı bir
soydaşımızla nikahda olub. 2009-cu ildə onların Canan adlı qızı doğulub.
Əslən Azərbaycandan olan Rəsul Vilayət də musiqiçi idi, o həm gitara və
skripkada çalır, həm də mahnılar ifa edirdi. Aygün Hümmətovanın Rəsul Vilayətlə
duet ifaları da olmuşdu.
Rəsulla Aygün uşaqlıq dostu olublar. Onların ilk tanışlıqları Azərbaycan
Dövlət Uşaq Filarmoniyasından başlayıb. Hər ikisi 1988-ci ildə müsabiqə yolu
ilə Azərbaycan Dövlət Uşaq Filarmoniyasına qəbul olunmuşdu. Filarmoniyaya qəbul
olunanda onların 13-14 yaşları vardı.
Ötən əsrin 90-cı illərinin sonlarında Rəsul Vilayət Azərbaycanı tərk edərək
Almaniyaya köçsə də, onun Aygünlə dostluğu davam etmiş və əlaqələri
kəsilməmişdi.
Bu əlaqələr sonralar onların münasibətlərinə də təsir etmiş və cütlük birgə
yaşamağa qərar vermişdi.
2010-cu ildə Aygün Hümmətova Rəsul Vilayətlə birgə ifalarını duet şəklində
lentə yazdırmışdı. Həmin mahnılar o zamanlar radio kanallarında tez-tez
səsləndirilirdi.
Təəssüf ki, onların evliliyi uzun sürməmiş və ayrılmışdılar.
Aygün Hümmətovanın Rəsul Vilayətlə ayrılma səbəblərini yəqin ki, onların
özlərindən başqa heç kəs dəqiq bilmirdi.
Bəzi məlumatlara görə, 2009-cu ildə doğulan Cananın adını da atası qoyub.
Qeyd edək ki, vaxtilə mətbuatda yer alan materiallarda qızı doğulduqdan sonra
onun atasının Azərbaycana gəlmədiyi, qızının üzünü görmədiyi barədə məlumatlar
yer almışdı. Qızı doğulduğu il müğənni həyat yoldaşı ilə görüşə bilməyib.
Görüşə bilməməyinin səbəbi isə ölkə xaricində olan Rəsul Vilayətin Azərbaycana
gəlməsində yaranan problemlər olub. Həyat yoldaşı sənədlərində problemlər
yarandığı üçün Azərbaycana gələ bilməyib.
Rəsul Vilayətin hazırda Almaniyanın Berlin şəhərində yaşadığı bildirilir.
Xatırladaq ki, Aygün Hümmətova sənət aləmində ona böyük dəstək göstərmiş
müəllimi Bəylər Quliyevin adını özünə səhnə təxəllüsü götürərək Aygün Bəylər
kimi çıxış edirdi. Sənətçinin müəllimi Bəylər Quliyev illər öncə naməlum
səbəbdən intihar edərək həyatına son qoymuşdu.
Aygün Bəylər bir neçə il idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi. O,
müalicə almaq üçün bir neçə gün əvvəl Ankaraya yollanmış və oradakı
klinikalardan birinə yerləşdirilmişdi.
6 yanvar 2024-cü il tarixində Ankarada vəfat edən müğənninin nəşi Bakıya
gətirilib. O, bu gün Suraxanı qəbiristanlığında anasının məzarı yanında torpağa
tapşırılıb.
View this post on Instagram
A post shared by Cixisyolu.com (@oxuaz)