48dd89bf-2df1-4b2f-9efb-bcb2a482c0bf..jpg

Aygün Bəylərin nəşi ata evinə gətirildi – YENİLƏNİR + FOTO/CANLI

Baxış sayı: 562 dəfə baxılıb.

Aygün Bəylərin nəşi ata evinə gətirildi – YENİLƏNİR + FOTO/CANLI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əməkdar artist Aygün Hümmətovanın (Bəylər) nəşi Suraxanı rayonundakı ata evinə
gətirilib.

Cixisyolu.com-ın məlumatına görə, onun nəşi bu gün Türkiyədən təyyarə ilə ölkəmizə
gətirilərək Suraxanı rayonundakı qəbiristanlıqda yuma yerinə aparılıb.

Qeyd edək ki, Aygün Bəylərlə vida mərasimi sabah keçiriləcək.

18:24

Əməkdar artist Aygün Bəylərin yaxınları, ictimaiyyət və media nümayəndələri
Suraxanı qəsəbəsindəki ata evində onun nəşinin gətiriləcəyini gözləyirlər.

Cixisyolu.com-ın məlumatına görə, onun nəşi Türkiyədən təyyarə ilə gətirilərək
Suraxanı rayonundakı qəbiristanlıqda yuma yerinə aparılıb.

Baku TV Aygün Bəylərin ata evindən canlı yayıma bağlanıb:

18:01

Əməkdar artist Aygün Hümmətovanın (Bəylər) nəşi Suraxanı qəbiristanlığındakı
yuma yerinə gətirilib.

Cixisyolu.com-ın məlumatına görə, bundan sonra onun nəşi Suraxanı rayonunda atasının
evinə aparılacaq.
17:30
Əməkdar artist Aygün Hümmətovanın (Bəylər) nəşi bu gün Bakıya gətirilib.

Cixisyolu.com-ın məlumatına görə, onun nəşi Suraxanı rayonunda atasının evinə
aparılacaq.

Daha çox foto burada: PhotoStock.az

17:22

Əməkdar artist Aygün Bəylərin cənazəsinin olduğu təyyarə Bakıya çatıb.

Bununla bağlı Baku TV aeroportdan reportaj hazırlayıb.

Həmin videonu təqdim edirik:

12:52

“Dünən Türkiyənin Ankara şəhərində müalicə aldığı xəstəxanada vəfat edən
Əməkdar artist Aygün Bəylərin cənazəsinin Azərbaycana gətirilməsi ilə bağlı
sənədləşmə işləri yekunlaşıb”.

Bununla bağlı Cixisyolu.com-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən
məlumat verilib.

Bildirilib ki, Aygün Bəylərin cənazəsini gətirən təyyarə yaxın saatlarda
xüsusi reyslə Ankaradan Bakıya yola düşəcək:

“Vida və dəfn məsələlərinə Bakıya çatdıqdan sonra əlavə məlumat veriləcək.
Təyyarə Türkiyə vaxtı ilə saat 14:00-da (Azərbaycan vaxtı ilə saat 15:00-da –
red.) Bakıya yola düşəcək”.

Xatırladaq ki, uzun müddətdir, onkoloji xəstəlikdən əziyyət çəkən sənətçi
dünən gecə Türkiyədə vəfat edib.

Könül Cəfərli, İlhamə Əbülfət


Source link