Aygün Bəylərin qardaşı məhkəməyə müraciət edib

Aygün Bəylərin qardaşı məhkəməyə müraciət edib

Baxış sayı: 2. 389 dəfə baxılıb.

Aygün Bəylərin qardaşı məhkəməyə müraciət edib

Qətldə və narkotik maddələrin dövriyyəsində təqsirləndirilən Abbas Hümmətov, Fuad Məmmədzadə, Elmir Alxasov, Ramil Əsirov, Elnur Əsirov, Cavid Alxasovla bağlı Ali Məhkəməyə müraciət edilib. 

ÇıxışYolu.Com xəbər verir ki, həmin şəxslər barəsindəki hökmdən prokurorluq tərəfindən kassasiya şikayəti verilib və cəzaların ağırlaşdırılması istənilib. 

Eyni zamanda, təqsirləndirilən şəxslər də şikayət verərək, Ali Məhkəmədən 

cəzalarının yüngülləşdirilməsini istəyirlər.

İş hakim Əli Seyfəliyevin icraatında araşdırılacaq. 

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Məmmədzadə, R.Əsirov və E.Alxasovun hər biri 15 il, A.Hümmətov və C.Alxasovun hər biri 5 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxslərin hər biri narkotik ittihamı üzrə bəraət alıblar. A.Hümmətov və C.Alxasov həm də qətl üzrə bəraət alıblar. 

E.Əsirova isə bütün maddələr üzrə bəraət verilib və o, məhkəmə zalından azadlığa buraxılıb. 

Xatırladaq ki, təqsirləndirilənlərdən biri, Abbas Hümmətov Əməkdar artist Aygün Bəylərin qardaşı, qətlə yetirilən Elnur Hümmətov isə əmisi nəvəsidir.

Etibar Məmmədov
www.ÇıxışYolu.Com