Xalq artisti Aygün Kazımova növbəti dəfə ölkədən kənarda konsert verib.
ÇıxışYolu.Com xəbər verir ki, fevral ayının 24-ü Kazımova Belarusun paytaxtı Minsk şəhərində solo konsertlə çıxış edib.
Konsert Minskin elit məkanlarından sayılan “Opera” səhnəsində baş tutub.
Konsertdə ard-arda hit mahnılarını ifa edən sənətçini səhnədə Vaqif Gərayzadənin bədii rəhbəri, Anar İsayevin isə musiqi rəhbəri olduğu musiqi ansamblı müşaiyət edib.
Müğənni səhnə geyimlərinə də xüsusi diqqət ayırıb.
Aygün Kazımovanı səhnəyə dizayner Rüfət İsmayılın kolleksiyasının iki geyimində çıxıb.