Aygün Kazımovanın 1,4 milyonluq səhifəsi oğurlandı – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Xalq artisti Aygün Kazımovanın 1,4 milyonluq “Instagram” səhifəsi oğurlanıb.
Xalq artistinin rejissoru İbrahim Zahidli Cixisyolu.com-a məlumatı təsdiqləyib.
Həmçinin, sənətçinin səhifəsindəki profil fotosu da dəyişdirilib.
Qeyd edək ki, bu günlərdə müğənni İradə İbrahimova, aparıclar Ranar Musayev,
Ceyhun Əli və idmançı Pərviz Abdullayevin də səhifəsi oğurlanıb.