Aygünün yeni mahnısının müəllifi İsmayıl Əsədov: Oxşarlıq ola bilər, plagiat isə əsla

Aygünün yeni mahnısının müəllifi İsmayıl Əsədov: Oxşarlıq ola bilər, plagiat isə əsla

Baxış sayı: 2. 006 dəfə baxılıb.

Xalq artisti Aygün Kazımovanın ifa etdiyi “Ehtiyacım var” mahnısının plagiat olması ilə bağlı müzakirələr sosial mediada geniş yayılıb.

İddiaya görə Xalq artistinin ifa etdiyi sözügedən mahnı gənc və istedadlı müğənni Xəyalın “Ürəyimi yarma” mahnısı ilə birə-bir oxşarlıq təşkil edib, yəni plagiyatdır.

Aygünün yeni mahnısının müəllifi İsmayıl Əsədov: Oxşarlıq ola bilər, plagiat isə əsla

Aygünün yeni mahnısının müəllifi İsmayıl Əsədov: Oxşarlıq ola bilər, plagiat isə əsla

Aygünün yeni mahnısının müəllifi İsmayıl Əsədov: Oxşarlıq ola bilər, plagiat isə əsla

Hər iki əsərin müəllifi bəstəkar İsmayıl Əsədovun olması isə bundan öncə Aygün Kazımova ilə Rəqsanə İsmayılova arasında “Hardasan” mahnısını qalmaqalını yenidən gündəmə gətirib.

Bir sözlə, tarix yenidən təkaralanıb.

Hər iki mahnı ətrafında yaranmış qalmaqala və söz-söhbətlərə son qoymaq üçün ÇıxışYolu.Com-ın əməkdaşı əsərlərin müəllifi İsmayıl Əsədovla əlaqə saxlayıb.

O, hadisədən əsəbləşdiyini bildirərək, mahnıların plagiat yox, oxşarlıq təşkil etdiyini bildirib:

“Bu ağılsız qərarı kim verib? Bir atadan, bir anadan olan iki uşaq bir-birinə bənzəyir. Hər iki əsər mənə məxsusdur. Hardasa oxşaya bilər. Plagiat isə ola bilməz. Belə çıxır ki, mən özüm özümdən oğurlamışam? Bu, mənim dəst-xəttimdir.

Əgər mən hansısa bəstəkarın mahnısını götürüb, üstünə eyni harmoniyaları və eyni kantaları əlavə etsəydim bu olacaqdı plagiat.

Plagiat oğurluq deməkdir. Mən hələ indiyə kimi heç kimin mahnısına ehtiyacım olmayıb ki, kimdənsə nəsə oğurlayım. Çox xahiş edirəm bunlara diqqət yetirsinlər. Əsərlərim mənim balalarımdır. Onlar bir-birinə bənzəməlidirlər də. Kiminsə əsərini götürüb yazmıram ki”.

Rəşad Əliyev