Gələn il Braziliyada keçiriləcək sammit üçün simvolik BRICS əsginası
hazırlanacaq.
Cixisyolu.com-ın TASS-a istinadən verdiyi məlumata görə, əsginasın maketini Rusiyanın
“ARM-registr” şirkətinin baş direktoru və Kazanda başa çatan sammitdə nümayiş
etdirilən oxşar əsginasın yaradıcısı Yevgeni Fyodorov təqdim ediblər.
Bildirilir ki, yeni əsginasın üzərindəki rəsmlərin mövzusu BRICS ölkələri ilə
əlaqələndirilən heyvanlar olacaq.
“Rusiyanın ayısı var, müvafiq olaraq, kiminsə şiri, kiminsə keçisi var”, –
deyə o bildirib.
“İkiyüzlük (nominaldakı – red.) əsginasın arxa tərəfində, əlbəttə ki, yeni
üzvlər, müraciət edənlər də yer alacaqlar”, – deyə Fyodorov təfərrüatı bölüşüb.