APOP Videos “YouTube” kanalı Kanar adalarında ayın Teyde vulkanının arxasından batdığını göstərən unikal kadrları yayıb.
ÇıxışYolu.Com xəbər verir ki, çəkiliş zamanı dağdan 16 kilometr aralıda yerləşən uzunfokuslu teleskopik obyektivdən istifadə olunub.
Ayın diskinin bu hərəkəti Yerin öz oxu ətrafında fırlanması ilə əlaqədardır və bir növ təbii peykin Yerə daxil olması illüziyasını yaradır.