68e3cd34-66b0-46d0-b937-f671c38e4e25.jpg

AYNA-dan Ədalət Şükürova CAVAB: Əməkdar artist quruma dəvət olunur

Baxış sayı: 305 dəfə baxılıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Əməkdar artist Ədalət Şükürovun
Bakı yolları ilə bağlı açıqlamasına münasibət bildirib.

Qurumdan Baku.ws-ə bildirilib ki, Əməkdar artist Ədalət Şükürovun fikirlərinə
hörmətlə yanaşırlar və onun təkliflərini dinləməyə hazırdırlar.

“Necə ki, bu gün AYNA tərəfindən Akademik Zərifə Əliyeva küçəsində avtobus
zolağının təşkili ilə bağlı keçirilən ictimai dinləmədə müxtəlif təklif və
rəyləri dinlədik.

Görüşdə 20-dən çox nəqliyyat ekspertinin, ictimai fəalın, Sosial Tədqiqatlar
Mərkəzinin və media nümayəndəsinin maraqlı fikirləri səsləndirildi və nəzərə
alındı.

Belə bir kontekstdə dəyərli sənətkarımızla da görüşüb məmnuniyyətlə
fikirlərini dinləyə bilərik”, – deyə qurumdan bildirilib.

13:52

“Bizim yollardan çox narazıyam. Həddindən artıq. Avtobus zolağı bir, velosiped
zolağı iki, balaca yolu bölürlər. Tıxaclar da artdıqca artır. Buna da səbəb
həmin balaca yolu zolaqlara ayırmalarıdır. Ola bilsin, o da lazımdır. Amma onu
böyük yolda edərlər. Yol salanda bütün bunları nəzərə alıb enli etmək lazımdır.
Yoxsa ki, hazır balaca yoldan kəsib nəsə edib tıxac yaradırlar. Tıxacların 80
faizi elə həmin zolaqlara görə yolların balacalaşmasından yaranıb”.

Bu sözləri Əməkdar artist Ədalət Şükürov APA TV-nin “Ekstra müsahibə”
layihəsində qonaq olarkən deyib.

O, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) fəaliyyətindən narazı
olduğunu bildirib:

“AYNA-dan çox narazıyam. Orada peşəkarlar işləməlidirlər. Peşəkarlar dəvət
etmək lazımdır. Yoxsa ki, biri maşını qoydu, tez onu çəkdilər, cərimə etdilər.
Bu nə qədər düzgündür? Yaxşı qazanc yeri tapıblar. Narazıyam, buradan da
deyirəm, əgər bu işi bacarmırlarsa, xarici ölkələrdə şirkətlər var, onları
dəvət etsinlər. Amerikada, İngiltərədə yolları idarəetmə şirkətləri mövcuddur.
Gəlib yarım il ölkədə yaşayıb yolun səmtini dəyişirlər. Bacarmırlarsa, məni
çağırsınlar, başa salım. Bizdə bir çox yollar dalandır, onları açın da.
Bir-ikisi açılıb, hərəkət var. Niyə o yolları açmırlar? İmkan da var. Nəinki
mən, 99 faiz avtomobil idarə edənlər narazıdırlar”.

Source link