4e154f2f-e458-46a7-a994-b19c6411c81f..jpg

AYNA gömrük postunda gözləyən yük avtomobillərinin sayını açıqlayıb – FOTO

Baxış sayı: 440 dəfə baxılıb.

AYNA gömrük postunda gözləyən yük avtomobillərinin sayını açıqlayıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gömrük-keçid məntəqələrində yük
maşınlarının sayı ilə bağlı daşıyıcıların məlumatlandırılmasını davam etdirir.

AYNA-dan verilən xəbərə görə, bu da onlara səfərlərini planlayarkən gömrük
postundakı mövcud vəziyyətə uyğun olaraq addım atmağa imkan yaradır.

Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin
sayı barədə məlumata əsasən, “Astara” gömrük postunda 123, “Biləsuvar” gömrük
postunda 90, “Qırmızı körpü” gömrük postunda 1 390, “Mazımqara” gömrük postunda
32, “Samur” gömrük postunda 95 və “Xanoba” gömrük postunda 15 yük maşını var.

Source link