Aysel “Eurovision”da ilk çıxışını etdi – VİDEO

Aysel “Eurovision”da ilk çıxışını etdi – VİDEO

Baxış sayı: 1. 914 dəfə baxılıb.

Bu gün Portuqaliyanın paytaxtı Lissabonda “Eurovision” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib. 

ÇıxışYolu.Com xəbər verir ki, müsabiqə Bakı vaxtilə 23:00-da başlayıb.

Altice Arenada, “All Aboard!” (Hamı göyərtəyə!) şüarı altında keçirilən müsabiqənin aparıcıları Katarina Furtado, Daniela Rua, Filomena Kautela və Silviya Alberto olub.

Təmsilçimiz Aysel Məmmədovanın (Aisel) “X my heart” mahnısı ilə 1 nömrə altında çıxış edib. Onu Lissabon səhnəsində ev sahibi ölkəyə təşəkkür məqsədi ilə 4 portuqaliyalı peşəkar ifaçı – Rui Andreyd, Salom Kaldeyra, Hüqo Baptista və Sandra Di Andreyd müşayiət edib.

Ağ geyimdə performans göstərən Ayselin çıxışı tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Qeyd edək ki, müsabiqənin ikinciyarımfinalı 10 may, finalı isə 12 may tarixində baş tutacaq. 

.
www.ÇıxışYolu.Com