Aysun İsmayılova: “İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” –
VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“İstəyirəm ki, həyat yoldaşım mənim mahnılarıma qulaq asanda utanmasın”.
Bu sözləri ATV-nin efirində yayımlanan verilişlərdən birində müğənni Aysun
İsmayılova deyib.
O, həyat yoldaşının musiqi zövqünün onun tərzi ilə üst-üstə düşmədiyini deyib.
“Həyat yoldaşımın dinlədiyi musiqilər tam fərqlidir. Hərdən mənə hansısa
mahnını qulaq asdırıb, əvvəllər bunu eşitdiyimi soruşur. Deyirəm ki, yox, ilk
dəfədir. Necə utanıram. Ona görə də artıq janrımı dəyişirəm. Hiss edirəm ki,
böyük kütlə itirirəm, amma tam başqa kütlə də qazanıram. Məni sevənləri itirmək
istəmirəm. Ona görə ara-sıra onlar üçün də nəsə oxuyacağam. Dövr bunu tələb
edir. Sözün düzü, həyat yoldaşımın mənim mahnılarıma qulaq asıb utanmamasını
istəyirəm”.
Daha ətraflı süjetdə: