Aytən həşəratları daddı, tənqid olundu – FOTO

Aytən həşəratları daddı, tənqid olundu – FOTO

Baxış sayı: 3. 377 dəfə baxılıb.

Tanınmış aparıcı Aytən Səfərovanın sosial media hesabında paylaşdığı fotolar tənqidlərə səbəb olub.

ÇıxışYolu.Com xəbər verir ki, o, həşəratlardan hazırlanan Çin yeməyinin dadına baxıb.

“Yeyə bilərsinizmi? “XL şou” üçün Pekində yaşayan tamaşaçımızdan özümüz və qonaqlarımız üçün. Yaxın günlərdə görəcəyik, kim iki milyardlıq Çin xalqının yediyini dada biləcək. Ürəyi və mədəsi zəif olanlar baxmasın”, – deyə Aytən paylaşımını şərh edib.

Daha sonra tənqidlərə məruz qalan Səfərova həşəratları yemədiyini açıqlayıb:

“İstiotlu, duzlu kartof çipsi kimidir. Maraqlı qoxusu var. Elə bir kartof qızartmasıdır. Yeməmişəm, ay camaat. Sadəcə, fotodur. Bunu görəndən sonra iki gündür heç nə yemirəm. Ancaq su içirəm”.

.
www.ÇıxışYolu.Com