Tanınmış aparıcı Aytən Səfərova “Instagram” hesabında bəzi qadınları nəzərdə tutaraq onların ünvanına sərt sözlər yazıb.
ÇıxışYolu.Com xəbər verir ki, o, qadınları ucuz və əlçatan olmaqda günahlandırıb:
“Xanım dediyin kəs fiquradansa, üzdən, qaşdan-gözdən, xasiyyətdən gözəl olmalı, yerişinə və duruşuna fikir verməli, xanım-xatunluğunu qoruyub saxlamalı, özünə hörmət etməli, başqalarının işinə burun soxmamalı, qeybət etməməli, dəyərini bilməli, ucuz və əlçatan olmamalı, başqasının ərinə “padxod” etməməli, özünü elə aparmalıdır ki, onu heç bir kişi alçaltmasın.
Təəssüf ki, cəmiyyətimiz ucuz qızlarla, əlçatanlarla, bir az pulu olan oğlanlar qarşısında özlərini açıb buraxan və nəticə etibarı ilə küçə iti kimi atılan zənənlərlə doludur. Vaxt olsa bir az özünüzə hörmət edin. Qadın və xanım sözünü özünüzə yapışdırmayın. Siz axı belələrindən deyilsiniz. Heç vaxt da ola bilməzsiniz”.