Aytən Səfərova qəzadan sonra ilk dəfə danışdı: “Günahım yoxdur” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bir müddət əvvəl Bakıda ölümlə nəticələnən qəzaya düşən aparıcı Aytən Səfərova
hadisədən sonra ilk dəfə danışıb.
Cixisyolu.com xəbər verir ki, o, bu barədə öz “Instagram” profilində paylaşım edib.
Aparıcı qəzadan heç kimin sığortalanmadığını deyib.
“Qəzadır, hər kəsin başına gələ bilər. Heç kim bundan sığortalanmayıb.
Kadrları izləmişəm. Orada mənim günahım yoxdur”, – deyə o həmin videoda
bildirib.
Qeyd edək ki, hadisə aprelin 17-də saat 7 radələrində Xətai rayonunun 8 Noyabr
prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində baş verib. İsmayıl Məmmədovun
idarə etdiyi “Hyundai ix-35” markalı avtomobillə Aytən Piriyevanın (Səfərova)
idarə etdiyi avtomobil toqquşub. Nəticədə İ.Məmmədovun idarə etdiyi avtomobildə
olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya
yerləşdirilib və orada ölüb.