33c77988-8715-4400-9f19-ea7b89673ce8..jpg

Aytac Əsgərova: “Valideynlərim mənə heç vaxt “oxu” deməyib” – VİDEO

Baxış sayı: 726 dəfə baxılıb.

Aytac Əsgərova: “Valideynlərim mənə heç vaxt “oxu” deməyib” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Valideynlərim mənə heç vaxt “oxu” deməyib”.

Xezerxeber.az xəbər verir ki, bunu magistraturaya qəbul imtahanlarında ölkə
birincisi olan Aytac Əsgərova bildirib.

Belə ki, o, dünyanın TOP 100 universitetlərindən sayılan ali təhsil
müəssisələrində təhsil almaq hüququ qazanıb.

“Heç vaxt valideynlərim mənə “oxu” deməyiblər. Çünki, uşaqlıqdan həmişə
çalışqan şagird olmuşam”, – A.Əsgərova deyib.

O, elə məktəb illərində də bir sıra nailiyyətlər qazanıb. Fizika fənni üzrə
keçirilən olimpiadanın qalibi olub.

Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasının V kurs tələbəsi olan
Aytac bildirib ki, xaricdə təhsil üzrə dövlət proqramı ilə Böyük Britaniyada
təhsil almağı planlayır, sonra isə qayıdıb Azərbaycanda öz sahəsi üzrə
fəaliyyət göstərmək istəyir.


Source link