Ayxan Hacızadə: “Toivo Klaar qərəzli münasibətindən qurtula bilmir” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Cənab Toivo Klaar qərəzli münasibətindən qurtula bilmir və yalnız Azərbaycan
kəndlərinin qaytarılması ilə bağlı qanuni diskursu şər kimi görür, Ermənistan
mediasında qanunsuz işğalın davam etdirilməsi üçün mübarizə çağırışlarına isə
tamamilə məhəl qoymur”.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə sosial şəbəkə
hesabında yazıb.
O bildirib ki, sözügedən kəndlər ərazi mübahisəsi məsələsi deyil.
Xatırladaq ki, Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi
Toyvo Klaar qərəzli bəyanatla çıxış edib. O, “Azərbaycan media kanallarında
Ermənistana qarşı təhdidləri qəbuledilməz” adlandırıb.
Mr. @ToivoKlaar
rid of biases & only sees the evils in the legitimate discourse about the
return of Azerbaijani villages, while totally ignores calls to fight for
continuation of illegal occupation in 🇦🇲media.
FYI, the villages are not a matter of territorial dispute.
https://t.co/aJ4gcPAsd6
— Aykhan Hajizada (@Aykhanh) March 25, 2024