Azərbaycan daha çox ət və buğda alır

Azərbaycan daha çox ət və buğda alır

Baxış sayı: 5. 697 dəfə baxılıb.

Yanvar-fevral ayında xarici ticarət əməliyyatlarının həcmi  3 661 979.53 min  dollar təşkil edib. 

ÇıxışYolu.Com Gömrük Komitəsinə istinadən xəbər verir ki, idxal əməliyyatları 1 451 527.63 min dollar, ixrac əməliyyatları 2 210 451.90 min dollar olub.

Xarici ticarət əməliyyatları üzrə müsbət saldo 409 344.38 min dollar təşkil edib. 

Qeyd edək ki, hesabat dövründə ölkəyə 5 862.00 ton ət, 1 705.59 ton kərə yağı və süddən hazırlanmış digər yağlar, 215 319.44 ton buğda idxal edilib. 

Yanvar ayı üzrə ət idxalı 3 011.33 ton, kərə yağı və süddən hazırlanmış digər yağlar 840.60 ton, buğda idxalı 121 529.80 ton təşkil edib. 

Müqayisə üçün bildirək ki, ölkəyə hər üç məhsul qrupu üzrə idxal artsa da, ümumi idxalda bu məhsulların payı azalıb. Belə ki, yanvar ayında buğda idxalının ümumi idxala nisbəti 3,15 % təşkil edibsə, fevralda bu rəqəm 2.61 % olub. 

Eləcə də, ət idxalının ümumi idxala nisbəti yanvar ayında 0,64% olubsa, fevralda bu rəqəm 0,61% təşkil edib. 

Kərə yağı və süddən hazırlanmış digər yağların idxalının ümumi idxala nisbəti yanvar ayında 0.72 %, fevralda 0.68 % olub. 

Bildirək ki,  2017-ci ilin iki ayı ilə müqayisədə cari ilin yanvar-fevral aylarında ölkəyə 702,91 ton – 29,18% az kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.  

.
www.ÇıxışYolu.Com