Azərbaycan finişə çatmayan idmançı ilə yollarını ayırır

Azərbaycan finişə çatmayan idmançı ilə yollarını ayırır

Baxış sayı: 5. 213 dəfə baxılıb.

Məlum olduğu kimi, Cənubi Koreyanın Pyanqçanq şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunları başa çatıb.

ÇıxışYolu.Com xəbər verir ki, bağlanış mərasiminə Azərbaycandan heç kim qatılmayıb.

Buna səbəb bayraqdarımız olan Patrik Braxnerin Uzaq Şərq ölkəsini vaxtından erkən tərk etməsi olub. Onun yerinə bayrağımızı koreyalı könüllü daşıyıb.

Böyük ehtimalla, bu Olimpiada Braxnerin millimizdəki son çıxışı idi. Onunla yollar ayrılmaq üzrədir.

Bu barədə ÇıxışYolu.Com-a Azərbaycan Xizəksürmə Federasiyasının İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Afaq Zeynalova deyib:

“Onun artıq 26 yaşı var. Xizəksürmədə 26 yaş çox sayılır və idmançılar fəaliyyətlərini başqa səmtə yönəldir. Böyük ehtimalla, Patriklə yeni müqavilə bağlanılmayacaq və o, növbəti Qış Olimpiadasında – 2022-ci il Pekin Olimpiya Oyunlarında Azərbaycanı təmsil etməyəcək.

Biz artıq bir neçə idmançı ilə danışıqlara başlamışıq. Bunların arasında andorralı, avstriyalı idmançılar var”.

Xatırladaq ki, Patrik Braxner dağ xizəkçiliyi üzrə 2014-cü il Soçi Olimpiadasında da ölkəmizi təmsil edib. O, nəhəng slalom yarışlarında 53-cü yeri tutub. Lakin avstriyalı legioner həm Soçi, həm də Pyanqçanq Olimpiadasının slalom yarışlarında finişə çata bilməyib. 

Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com