Azərbaycan ordusunun ən yaxşı snayperləri müəyyənləşib – FOTO

Baxış sayı: 2. 669 dəfə baxılıb.

2018-ci il üçün döyüş hazırlığı planına əsasən, Azərbaycan Ordusunun hərbi hissələri üzrə “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib.

Bu barədə ÇıxışYolu.Com-a Müdafiə Nazizliyinin mətbuat xidmətindən məlumat verilib.

Sərrast atıcılıq qabiliyyətinə malik snayper-hərbi qulluqçuların müəyyən edilməsi məqsədilə təşkil olunan yarış Müdafiə Nazirliyinin xüsusi təchiz edilmiş təlim meydançasında keçirilib.

Hərbi qulluqçuların təchizatı yoxlanıldıqdan sonra onlar əvvəlcədən hazırlanmış atəş mövqelərini tutub və normativləri icra ediblər.

Snayperlər hədəflərə fərdi və qrup şəklində atışlar edib, maneələrin dəf edilməsi üzrə tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriliblər. Altı mərhələdən ibarət olan yarışda hərbi qulluqçular “Snayper müdafiədə”, “Snayper hücumda” və digər tapşırıqlar üzrə çalışmalarda öz bacarıqlarını nümayiş etdiriblər.

Yekun nəticələrə görə qaliblər müəyyən edilib və mükafatlandırılıb.

www.ÇıxışYolu.Com