3b935d71-cb55-40cf-b87b-3e49b8a8258c.jpg

Azərbaycan Prezidenti TDT-yə üzv ölkələr arasındakı hərbi əməkdaşlıqdan DANIŞDI

Baxış sayı: 544 dəfə baxılıb.

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının
iclasında çıxışı zamanı üzv ölkələr arasında hərbi əməkdaşlıqdan danışıb.

AZƏRTAC

xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib:

“Hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və
müdafiə sənayesi sahəsində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır. Son dövrlər
hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız arasında əməkdaşlıq daha da
genişlənib”.

Ölkələrimizin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlərin keçirildiyini
vurğulayan Prezident hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin
müdavimlərinin təhsil almalarının qarşılıqlı etimadın və dostluğun göstəricisi
olduğunu vurğulayıb.

Source link