Azərbaycan yığması Çində qələbə qazanıb

Azərbaycan yığması Çində qələbə qazanıb

Baxış sayı: 2. 209 dəfə baxılıb.

Çimərlik futbolu üzrə Çinin Hankou şəhərində keçirilən beynəlxalq turnurdə Azərbaycan yığması da iştirak edib.

ÇıxışYolu.Com xəbər verir ki, yığmamız üç qələbə qazanaraq qalib olub.

Azərbaycan Macarıstan (7:3), Çin (7:2) və Çexiyanı (8:3) hesabı ilə udaraq birinci yerə sahib olub.

Azərbaycan yığmasına Zeynal Zeynalov rəhbərlik edib. Yığmanın tərkibində: Vaqif Şirinbəyov, Elçin Qasımov, Comərd Baxşəliyev, İlkin Hacıyev, Amid Nəzərov, Orxan Məmmədov, Asif Zeynalov, Ramil Əliyev, Sabir Allahquliyev və Əbdül Əliyev iştirak ediblər.

www.ÇıxışYolu.Com