Azərbaycanda 24 qanunsuz miqrant saxlanılıb

Azərbaycanda 24 qanunsuz miqrant saxlanılıb

Baxış sayı: 6. 506 dəfə baxılıb.

Dövlət Miqrasiya Xidmətinin (DMX) keçirdiyi tədbi­rlər zamanı 16 nəfər Hindistan, beş nəfər Pakistan, iki nəfər Nepal və bir nəfər Türkiyə vətəndaşı olmaqla, ümumilikdə 24 nəfər əcnəbi saxlanılıb. 

DMX-dən ÇıxışYolu.Com-a bildirilib ki, araşdırma zamanı saxlanılan əcnəbilərdən üç nəfər Pakistan, bir nəfər Hindistan və bir nəfər Türkiyə vətəndaşının Azərbaycana guya biznes fəaliyyəti ilə məşğul olmaq adı ilə gəldiyi, onların biznes sahəsində heç bir fəaliyyətlərinin olmadığı, müraciətlərinin yalnız ölkədə yaşamaq və sərbəst hərəkət etmək məqsədi daşıdığı məlum olub. 

Saxlanılan digər əcnəbilərin Azərbaycan ərazisində qanunsuz yaşadıqları və ölkəyə gəlişinin bəyan edilmiş məqsədini pozduqları müəyyənləşib. 

Saxlanılan əcnəbilərlə bağlı aparılan araşdırma işləri başa çatdırılıb və onların barəsində müvafiq inzibati tədbirlər görülüb.

.
www.ÇıxışYolu.Com