Azərbaycanlı aktrisa: Evli kişilər dul qadınlarla görüşsün, savabdır

Azərbaycanlı aktrisa: Evli kişilər dul qadınlarla görüşsün, savabdır

Baxış sayı: 3. 691 dəfə baxılıb.

Aktrisa Könül Yusifqızı qalmaqallı statusu ilə diqqət çəkib.

ÇıxışYolu.Com xəbər verir ki, o, “Facebook” statusunda evli kişilərin dul qadınlarla görüşməsini təklif edib:

“Ay kişilər, sevgili kimi görüşəndə dul qadınlarla görüşün, savabdır. Onsuz da görüşürsünüz. Bizim cəmiyyətdə beş faiz kişi and içə bilər ki, evlənəndən sonra kiminləsə görüşmür. Qalan 95 faiz isə elə bil and içib ki, arvadı ilə bərabər sevgilisi olmalıdır.

Bir olsa dərd yarı, hərdən iki-üç nəfər olur. 18-25 yaşlı qızlarla sevgili olub, onları məşuqə olmağa alışdırmayın. İmkan verin, universitet oxusunlar, ailə-uşaq sahibi olsunlar. Sonra da durub deyirsiniz ki, filankəs fahişədir, kiminləsə gəzir. Siz edirsiniz də, atam”.

Qeyd edək ki, aktrisa daha çox belə açıqlamaları ilə gündəmə gəlir.

.
www.ÇıxışYolu.Com