Azərbaycanlı brakonyerləri atəşlə saxladılar

Azərbaycanlı brakonyerləri atəşlə saxladılar

Baxış sayı: 6. 052 dəfə baxılıb.

Xəzər dənizində Azərbaycandan olan brakonyerlərin saxlanılması təşəbbüsü bir saatlıq təqibə və atışmaya çevrilib.

ÇıxışYolu.Com bu barədə Qazaxıstan KİV-ə istinadən xəbər verir.

Xəbərə əsasən, qanun pozucuları sərhədçi gəmisindən üç motorlu qayıqla qaçmağa çalışıblar.

“Brakonyerlər hərbçilərdən düz bir saat qaçmağa çalışıblar: axırda onların həm qurudan və həm də dənizdən yollarını bağlamaq zərurəti yarandı. Onlar hətta bir neçə xəbərdarlıq atəşindən sonra da təslim olmadılar. Ancaq motorlara atəş açıldıqdan sonra dayanmalı oldular”, – brakonyerlərin ələ keçirilməsi haqqında reportajda deyilir.

Qayığın göyərtəsində qazax sərhədçiləri dörd Azərbaycan vətəndaşını balıq ovu üçün lazım olan alətlərlə birgə saxlayıblar. Amma demək olar ki, balıq olmayıb: brakonyerlər onları göyərtədən kənara atıblar, lakin iki ədəd içi təmizlənmiş balığı atmağa macal tapmayıblar.

Qayığı limana kimi müşayiət ediblər, orada brakonyerlər həbs olunaraq polisə təhvil veriliblər.

Brakonyerlərə qarşı iki cinayət işi açılıb. Qiymətli balıq növlərinin tutulmasına və sərhədi qanunsuz keçdiklərinə görə onları beş ilə qədər koloniya cəzası gözləyir.

www.ÇıxışYolu.Com