Azərbaycanlı tələbələr Karampetyanı rüsvay etdi – FOTO + VİDEO

Azərbaycanlı tələbələr Karampetyanı rüsvay etdi – FOTO + VİDEO

Baxış sayı: 8. 450 dəfə baxılıb.

Ötən gün fevralın 27-də “Ədalət və Demokratiya naminə Avropa Erməni Federasiyası”nın Brüsseldə, Avropa Parlamentində keçirdiyi tədbir zamanı zala daxil olan azərbaycanlı tələbələr bu təşkilatın rəhbəri Kaspar Karampetyanı rüsvay ediblər. 

ÇıxışYolu.Com Virtualaz-a istinadən xəbər verir ki, tədbir zamanı zala azərbaycanlı fəallardan ibarət iki qrup daxil olub.

Birinci qrup iclas zamanı moderatorlara Xocalı soyqırımı barədə kəskin suallar verib, çıxışçılar bu suallara cavab tapa bilməyiblər.

Daha sonra əllərində “Justice for Khojaly” plakatları tutmuş ikinci qrup zala daxil olub. Bu zaman ermənilər azərbaycanlı gənclərin əllərindəki plakatları almaq üçün onlara hücum ediblər. Lakin buna müvəffəq olmayıb, azərbaycanlı gənclər “Xocalı” şüarları səsləndirərək zalı tərk etməyiblər. Nəticədə ermənilər tədbirin “Facebook” üzərindən canlı yayımını dayandırmalı olublar.

Tədbirin moderatorlarından biri, “Daşnaksütun” lideri Kiro Manoyan baş verənlərdən çox pərt olub və özünü itirib. EAFJD rəhbəri Kaspar Karampetyan isə Avropa Parlamentinin mühafizə xidmətinə müraciət edərək azərbaycanlıları zaldan kənarlaşdırmağa çağırıb.

Tədbirin ortalarında ermənilərin köhnə dostları Yelena Teoxrus, Tatyana Zdanoka, Frank Engel (özünün erməni arvadı ilə birlikdə) də gəliblər. Bundan sonra ermənilər azərbaycanlıların yenidən gələ biləcəyindən ethiyat edərək zalın bütün girişlərinə mühafizə yerləşdiriblər.

Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğu EAFJD rəhbəri Kaspar Karampetyan barədə ölkənin ərazi bütövlüyünə və suverenliyinə qarşı açıq çağırışlara, dövlət sərhədini qanunsuz keçməyə görə cinayət işi qaldırıb. Karampetyan barəsində beynəlxalq axtarış elan edilib.

Rəna Hüseyn
www.ÇıxışYolu.Com