Rusiyanın “Ufa” klubunda çıxış edən azərbaycanlı futbolçu Azər Əliyev “Realnoe Vremya” nəşrinə müsahibəsində Azərbaycanla bağlı danışıb.
ÇıxışYolu.Com-ın məlumatına görə, A.Əliyev Gürcüstanda yerləşən Bəzəkli (Bezaklo) kəndində anadan olduğunu, lakin Rusiyanın Krasnoyarsk şəhərində böyüyüb başa çatdığını bildirib:
“Azərbaycanda sonuncu dəfə 2015-ci ildə olmuşam. Ora çox gözəldir. Hamıya orada olmağı məsləhət görürəm. Bakı böyük meqapolisdir, sürətlə inkişaf edir”.
A.Əliyev futbolda kumirinin olmadığını, lakin məşqçilərdən Zinəddin Zidana, futbolçulardan isə Lionel Messiyə simpatiyasiyasının olduğunu vurğulayıb.
Madrid “Real”ına azarkeşlik etdiyini bildirən Azər daha sonra mətbəximizdən və Azərbaycandakı futboldan danışıb:
“Doğma Azərbaycan mədəniyyətindən mənə Azərbaycan mətbəxi dəyərlidir. Xüsusən anamın əlləri ilə hazırladığı xörəklər. Azərbaycan futbolu sürətli templə inkişaf edir. Buna böyük maliyyə, o cümlədən infrastrukturun olması da təsir edir. Klublar Avropa arenasında layiqli şəkildə çıxış edirlər. “Qarabağ” və “Qəbələ” kimi klubların kifayət qədər güclü heyətləri var”.
Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com