a34baff6-2ab5-4e11-8caa-8307eef954c5..jpg

Azər Aydəmir: “50 manata seriala çəkilərlər?”

Baxış sayı: 1. 084 dəfə baxılıb.

Azər Aydəmir: “50 manata seriala çəkilərlər?”

“Telekanal rəhbəri var idi, serial çəkirdi. 10 ilin söhbətidir. Gözəl
aktrisamız var idi, indi də sağdır. Onların adlarını çəkmirəm. Bir məkan
yaratmışdıq, serialı çəkirdik. O vaxt qonorarlar çox az idi. İçi mən qarışıq
bütün heyətə günə 50 manat qonorar verirdilər”.

“Olay” yazır ki, bu sözləri “Səhərin səsi” verilişində aktyor-aparıcı Azər
Aydəmir deyib. Sənətçi söyləyib ki, adını çəkmək istəmədiyi aktrisa kanal
rəhbərinə qonorara görə etiraz edib:

“Həmin aktrisa kanal rəhbərinə dedi ki, bizi adam yerinə qoymursunuz, 50
manata seriala çəkilərlər? Heç olmasa, qonorarı artırın, yaxşı iş görək. Bu
kanal rəhbəri utanmadan-qızarmadan hər kəsin içində aktrisaya dedi ki, mən sizə
500 manat da versəm, belə oynayacaqsınız, 50 manat da. Qonorarla yaradıcılığın
heç bir əlaqəsi yoxdur.

Qonorar texniki hissəyə aiddir. Mən bədii təxəyyülümü ortaya qoymuşam,
rejissor da həmçinin. Mənə operator lazımdır. Məsələn, Əhməd 3 min istəyir,
Məmməd 500. Burada pul lazımdır ki, o filmi Əhməd çəksin, çünki Hollivud
görüntüsü yarada bilər. Məmməd isə maksimum Türkiyə görüntüsü verəcək.
Yaradıcılıq, içdən gələn işlərdə qonorar vacib deyil. Əlbəttə, insanın beyin
məhsuluna pul vermək lazımdır. Bu da imic məsələsidir, mən bu işi 5 manata
görürəm, ya 105 manata. Əgər özünü 105 manata sata bilmirsənsə, bu, sənin
problemindir”.

Source link