Bu gün beş il öncə boşanan aparıcılar Azər Zahidov və Vüsalə Əlizadənin qızı Dilək birinci sinfə qədəm qoyur.
ÇıxışYolu.Com xəbər verir ki, bu münasibətlə valideynlərin hər ikisi məktəbdə övladlarının yanında olub.
Sosial şəbəkədə bununla bağlı paylaşım edən Vüsalə “Gözəl qızım, səninlə əl-ələ altı il uğurlu bir yol gəldik, bu gündən yolumuz daha çətin, enişli-yoxuşlu olacaq. Bu sınağında da əlin əlimdə olacaq. Səninlə böyüdüm, səninlə həyatı, insanları, bilmədiklərimi öyrəndim, dünyanı səninlə kəşf etdim, Allahımdan tək istəyim həyat sınağından sənin alnıaçıq, üzüağ çıxarmağıma möhlət verməsidir.
Bugünkü həyəcanın dadını heç vaxt dadmamışdım, sevinc dolu hisslərimi göz yaşım isladır, xoşbəxtlikdən ağlamaq buna deyirlər. İlk dərs günün mübarək, nəfəsim”, – deyə paylaşım edib.
Azər isə ondan fərqli olaraq, Vüsalənin də fotosunu sosial media hesabında paylaşıb.
“Uşağımızın xoş günüdür! Bunu istədim, paylaşdım! Atası ilə şəkli var, dedim səhifəmdə anası ilə də olsun. Gələcək nəsli sağlam yetişdirmək hər bir valideynin borcudur! Qız anadan örnək alar, atadan dayaq!”, – deyə Azər paylaşımında yazıb.
Qeyd edək ki, Azər və Vüsalə cütlüyü 2013-cü ildə ayrılıb. Onlar qalmaqallı şəkildə boşanmışdılar.