4d02ed2c-810f-4207-ad5f-af81e1dbc35e..jpg

Azər Kərimli: “İrəvanla hər hansı bir məsələdə etimadlı münasibətlər qurmaq mümkün deyil”

Baxış sayı: 671 dəfə baxılıb.

Azər Kərimli: “İrəvanla hər hansı bir məsələdə etimadlı münasibətlər qurmaq
mümkün deyil”

“Nikol Paşinyanın son açıqlamaları bir daha sübut edir ki, Ermənistanın siyasi
rəhbərliyi üçün verdiyi sözdən, imzaladığı sənəddən qısa bir zaman içərisində
imtina etmək adi haldır və rəsmi İrəvanla hər hansı bir məsələdə etimadlı
münasibətlər qurmaq mümkün deyil”.

Bu fikirləri Cixisyolu.com-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və
parlamentlərarası əlaqələr komitəsinin üzvü Azər Kərimli deyib. O qeyd edib ki,
44 günlük müharibə Ermənistanın təcavüzü ilə yanaşı, rəsmi İrəvan da daxil
olmaqla, 30 ilə yaxın zaman kəsiyində heç bir dövlətin tanımadığı qondarma
rejimin mövcudluğuna da son qoyub:

“Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur və olması da
mümkün deyil. Nikol Paşinyanın 44 günlük müharibəyə səbəb olan təcavüzkar
yanaşmaları yenidən müharibədən öncəki vəziyyətə qaytarmaq niyyəti isə
Ermənistan üçün daha ağır kapitulyasiya şərtləri ilə nəticələnə bilər.

Şübhəsiz ki, Paşinyanın son və əvvəlki bəyanatlarını təkzib edən iddilarında
yer alan məqamlar, rəsmi İrəvanın öz iradəsindən daha çox, bölgədə
sülhün-əminamanlığın təmin olunmasında maraqlı olmayan xarici dairələrin
təhrikçi davranışlarından qaynaqlanan yanaşmadır. Bu da Ermənistan
dövlətçiliyinin şərti xarakter daşıdığını, bu ölkənin siyasi rəhbərliyinin
müstəqil siyasi iradəyə sahib olmadığını bir daha təsdiqləyir. Şübhəsiz ki, bu
kimi bəyanatların nəticəsi Ermənistan ilə aparılan sülh danışıqlarının
əhəmiyyətsiz olduğu təəssüratını yaradır və Ermənistanın daha ağır şərtlərdən
ibarət kapitulyasiya aktını imzalamağa məcbur edilməsiylə nəticələnə bilər”.

Qeyd edək ki, bu gün ermənilər Qarabağdakı qondarma rejimin ildönümünü qeyd
edirlər. Bununla əlaqədar Paşinyan çıxış edərək bildirib ki, Qarabağda yaşayan
ermənilərin təhlükəsizliyi və hüquqları təmin olunmayana qədər, Dağlıq
Qarabağın ərazi vahidi kimi mövcud olmaması və Dağlıq Qarabağ probleminin həll
olunduğu barədə bəyanatlar əsassızdır.

Aysel Aslan

Source link