cbca3322-f3a8-4a14-94f8-6cd7722e7980..jpg

Azər Rəcəbova ağır cəza verildi

Baxış sayı: 745 dəfə baxılıb.

Azər Rəcəbova ağır cəza verildi

Şəmkir Regional Mədəniyyət İdarəsinin keçmiş rəisi Azər Rəcəbova hökm oxunub.

“Qafqazinfo”nun məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən
məhkəmə prosesində Azər Rəcəbov 10 il 6 ay, həmin dövrdə mütəxəssis kimi
çalışan Ələkbər Əliyev 3 il 6 ay və məsləhətçi kimi işləyən Seymur Səfərov isə
şərti olmaqla iki il azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, Azər Rəcəbov, Ələkbər Əliyev və Seymur Səfərova Cinayət
Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə
səbəb olduqda), 311.3.1, 311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olan bir qrup
şəxs tərəfindən təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan
edilməklə, barələrində ötən ilin iyununda məhkəmənin qərarı ilə həbs qətimkan
tədbiri seçilmişdi.

Source link