“Azər Türk Bank”da struktur dəyişikliyi edilib

“Azər Türk Bank”da struktur dəyişikliyi edilib

Baxış sayı: 2. 608 dəfə baxılıb.

“Azər Türk Bank” ASC-nin Müşahidə Şurasının qərarına əsasən, bankın baş ofisi üzrə yeni təşkilati struktur qüvvəyə minib. 

Belə ki, Kredit və Biznesin inkişafı departamentlərinin bazasında Pərakəndə bankçılıq və Korporativ bankçılıq departamentləri yaradılıb. 

Əvvəllər şöbə kimi fəaliyyət göstərən Biznes proseslərin idarə edilməsi departamenti yaradılıb. Həmin şöbənin müdiri olmuş Araz Gəncəli yeni departamentin direktoru vəzifəsinə təyin edilib.

Yeni strukturda İdarə Heyəti sədrinin Aparatı, həmçinin bankdaxili protokollaşma və kargüzarlıq funksiyalarını yerinə yetirən qurum olaraq, nəzərdə tutulub.

Bir sıra şöbə və departamentlərin adlarında dəyişikliklər edilib. O cümlədən, Strateji planlaşdırma və marketinq və Maliyyə institutları və hesablaşmalar departamentləri müvafiq olaraq Marketinq departamenti və Hesablaşmalar departamenti adlandırılıb.

Bu dəyişikliklər ilk növbədə fiziki və hüquqi şəxs olan müştərilərə xidmətin keyfiyyətinin daha da artırılması, sabit inkişafın təmin edilməsinə  yönəldilib.

Bu barədə ətraflı məlumatı   http://www.azerturkbank.az/bank/structure/ ünvanından əldə edə bilərsiniz.

1995-ci ildən fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

www.ÇıxışYolu.Com