“Azər Türk Bank”da yeni təyinat

“Azər Türk Bank”da yeni təyinat

Baxış sayı: 3. 180 dəfə baxılıb.

“Azər Türk Bank”a yeni departament direktoru təyin edilib.

Bankın mətbuat xidmətindən ÇıxışYolu.Com-a verilən məlumata görə, Rasim Hacıyev bankın Strateji Planlaşdırma və Marketinq Departamentinin direktoru vəzifəsinə təyin edilib.

R.Hacıyev bundan əvvəl marketinq sahəsi üzrə ölkənin aparıcı biznes qurumlarında çalışıb.

1995-ci ildən fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

www.ÇıxışYolu.Com