Azərbaycanın əsas ticarət tərəfdaşları açıqlanıb

Azərbaycanın əsas ticarət tərəfdaşları açıqlanıb

Baxış sayı: 5. 520 dəfə baxılıb.

Ötən il ixracın həcmi çay üzrə 65.6%, meyvə-tərəvəz üzrə 34.9% artıb. 

ÇıxışYolu.Com Mərkəzi Banka istinadən xəbər verir ki, dövr ərzində ixracda əsas tərəfdaşlar İtaliya (31.9%), Türkiyə (9.9%), İsrail (4.6%), Rusiya (4.3%) olub.

2017-ci ildə əmtəə idxalı 2.9% artıb. Dövlət sektoru üzrə isə 3.4% azalıb. İdxal olunan məhsulların 17.7%-i Rusiya, 14.5%-i Türkiyə, 9.7%-i Çin, 8.2%-i ABŞ, 5.4%-i Ukrayna, 5.1%-i Almaniya, və 3.6%-i İtaliya kimi ölkələrinin payına düşüb.

Dövr ərzində idxal ət, süd, çay, kərə yağı və süddən hazırlanmış digər yağlar, nəqliyyat vasitələri və onların hissələri üzrə artıb, buğda, sement, qara metal və onlardan hazırlanan məhsullar, mebel üzrə isə azalıb. 

.
www.ÇıxışYolu.Com