Azərbaycan ərzaqla özünü nə qədər təmin edir? – ARAŞDIRMA + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bazarda gündəlik tələbat malları arasında xeyli çeşiddə xarici istehsala rast
gəlinir. Onların da qiyməti əksər hallarda yüksək olur. Yerli ərzaq məhsulları
isə tələbatı tam ödəmir. Bəs Azərbaycan özünü ərzaq ehtiyatı ilə nə qədər təmin
edir?
İqtisadçı ekspert Rəşad Həsənovun sözlərinə görə, bəzi məhsulların yerli
istehsalı istehlak normasından aşağıdır. Ona görə də həmin qidalar üzrə
idxaldan asılılıq davam edir. Bununla belə, bir qisim zəruri ərzaqların
istehsalı qənaətbəxş sayıla bilər.
Ekspert bildirib ki, ölkədə kərə yağının istehsalı az olsa da, marqarin yağı
və şəkər tozu istehsalı tələbatı ödəyir. İqtisadçı bir çox ərzaq məhsullarının
istehsalının artırılması üçün potensialın olduğunu da deyir.
R.Həsənovun fikrincə, yerli istehsalı genişləndirmək üçün şərtlər
sadələşdirilsə, daha böyük imkanlar yaradılsa, məhsuldarlıq artar, nəticədə
bazarda ucuzlaşma müşahidə olunar.
Ətraflı “Xəzər xəbər”in süjetində: