8465961c-c22d-43ab-a932-ecfacd257bd0..jpg

“Azərbaycan əsgərinin üzərində adı və məlumatları yazılan jeton daşımasının mənfi tərəfləri də var”

Baxış sayı: 536 dəfə baxılıb.

“Azərbaycan əsgərinin üzərində adı və məlumatları yazılan jeton daşımasının
mənfi tərəfləri də var”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Silahlı Qüvvələrinin əsgərinin üzərində adı və məlumatları yazılan
jeton daşıması müsbət haldır”.

Cixisyolu.com xəbər verir ki, bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK)
Məhkəmə-tibbi ekspertizası proqramının koordinatoru Melahet Elif Günce qurumun
media nümayəndələri üçün keçirdiyi brifinqdə deyib. O qeyd edib ki, həmin
jetonlar şəhid olan hərbçilərin şəxsiyyətinin dəqiqləşdirilməsinə yardımçı olur:

“Amma bəzən bunun mənfi tərəfləri də üzə çıxır. Əsgər yanında şəhid olan
yoldaşlarının jetonunu ailəsinə vermək üçün götürə və sonradan özü də şəhid ola
bilər. Bu zaman bəzi əsgərlərin üzərindən jeton çıxmır, bəzilərinin isə
üzərində bir neçə jeton aşkarlanır. Bu işimizi çətinləşdirə, prosesi uzada
bilər. İstənilən halda jetonlardan istifadəyə Azərbaycan tərəfi çox önəm verir
və bu müsbət məqamdır”.

Aysel Aslan

Source link