Azərbaycan 2024-cü il üçün prioritet XBİ istiqamətləri arasında ilk onluqdadır
– FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Azərbaycan 2024-cü ilə mühüm investisiya sürətiylə daxil olub və 2024-cü il
üçün prioritet Xarici Birbaşa İnvestisiya (XBİ) istiqamətləri siyahısında
yeddinci yeri tutur”.
Bu barədə “FDI Intelligence” məlumat yayıb.
“Foreign direct investment (FDI) Standouts Watchlist”in illik araşdırmasına
əsasən, ölkənin güclü makroiqtisadi göstəriciləri Azərbaycanın dünyada aparıcı
XBİ istiqamətlərindən birinə çevrilməsində əsas rol oynayıb.
XBİ tərəfindən aparılan araşdırma dünyanın 50 ən böyük XBİ istiqamətlərinin
makroiqtisadi göstəricilərini və XBİ trayektoriyalarını qiymətləndirir.
Tədqiqat Beynəlxalq Valyuta Fondunun (BVF) və “Financial Times” nəşrinin “FDI
Markets” adlı transsərhəd investisiya monitorinqinin məlumatlarından istifadə
edir. Bu hərtərəfli təhlilin məqsədi yeni təqvim ilinə güclü makroiqtisadi
əsaslarla və təsirli XBİ artım templəri ilə başlayan ölkələri müəyyən etməkdir.
Qeyd edək ki, BVF 2024-cü ildə Azərbaycanın real ümumi daxili məhsulunun (ÜDM)
artımını 2,5% səviyyəsində proqnozlaşdırır.
Siyahının lideri 2024-cü ildə yüksək investisiya artım templərini qoruyacaq
Kambocadır. Kamboca güclü iqtisadi artım tempi, 2024-cü ildə gözlənilən ÜDM-in
6,1% artımı və Çin və Cənubi Koreya ilə uğurlu ticarət əlaqələri sayəsində
siyahıya başçılıq edib.
Qeyd edək ki, “FDI Intelligence” tərəfindən tərtib edilən 2024-cü il üçün
yuxarıda qeyd olunan reytinqdə Azərbaycanın Xəzər regionunda qonşusu Qazaxıstan
altıncı yeri tutub.
Öz növbəsində ilk 10 ölkəyə Azərbaycan, Qazaxıstan və Kambocadan başqa
Filippin, Keniya, İraq, Namibiya, Mərakeş, Serbiya və Hindistan daxil olub.