Azərbaycan “ACWA Power” və “Masdar” ilə yeni memorandum imzalayıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“ACWA Power” (Səudiyyə Ərəbistanı), “Masdar” (Birləşmiş Ərəb Əmirlikləri) və
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında Azərbaycanın Naxçıvan Muxtar
Respublikasında 500 MVt gücündə bərpa olunan enerji layihələrinin inkişafına
dair Anlaşma Memorandumu imzalanıb.
Sənədi “ACWA Power”ın Baş İnvestisiya Direktoru Tomas Brostrom, “Masdar”
şirkətinin baş direktoru Məhəmməd Cəmil Ər Ramahi və SOCAR-ın vitse-prezidenti
Əfqan İsayev imzalayıblar.
Bildirilir ki, anlaşma memorandumu imzalayan tərəflər dekarbonizasiyanı
gücləndirəcək və Azərbaycana sıfır emissiya dərəcəsinə nail olmaq məqsədlərinə
çatmağa kömək edəcək bərpa olunan enerji sahəsində layihələrin inkişafını
sürətləndirmək üçün öz təcrübələrini birləşdirəcəklər.
Qeyd edək ki, “ACWA Power” Azərbaycan bazarına 2019-cu ildə daxil olub. “ACWA
Power” hazırda Azərbaycanda 240 MVt gücündə külək elektrik stansiyası layihəsi
üzərində işləyir. Layihənin investisiya dəyəri 286 milyon ABŞ dolları təşkil
edir. Bu ilin əvvəlində Azərbaycanın Energetika Nazirliyi ilə meqa-giqa
layihələrin, o cümlədən bir GVt-lıq yerüstü külək elektrik stansiyası, 1,5
QVt-lıq dəniz külək stansiyası və digər layihələrin həyata keçirilməsi üçün
dörd saziş imzalanıb.
“Masdar” Azərbaycanda 2020-ci ildən fəaliyyət göstərir. Şirkət 230 MVt gücündə
Qaradağ günəş elektrik stansiyası layihəsini həyata keçirib. “Masdar”
Azərbaycanda qabaqcıl texnologiyalar vasitəsilə bərpa olunan enerji
layihələrinin ümumi gücünü 10 GVt-a qədər genişləndirmək imkanları barədə
razılığa gəlib.
Mənbə: “ACWA Power”