340820ef-f234-44f5-997e-20397bbdf113..jpg

Azərbaycan ağırlıqqaldıranı dünya birinciliyində üç medal qazandı, iki rekordu yenilədi

Baxış sayı: 1. 048 dəfə baxılıb.

Azərbaycan ağırlıqqaldıranı dünya birinciliyində üç medal qazandı, iki rekordu
yenilədi

Azərbaycan ağırlıqqaldıranı Ravin Alməmmədov Albaniyanın Dürres şəhərində
yeniyetmələr arasında keçirilən dünya birinciliyində 3 medal qazanıb.

“Report”un məlumatına görə, 73 kq-da mübarizə aparan idmançı birdən qaldırmada
136 kq-ı ram edib və bu hərəkətdə ikinci yeri tutub.

Qazaxın “Göyəzən” ağır atletika klubunun təmsilçisi təkanla qaldırma
hərəkətində isə 167 kq-ın öhdəsindən gələrək, eyni nəticəni təkrarlayıb.

Alməmmədov bu çəkidə təkanla qaldırma hərəkətində türkiyəli Yaşar Karacaya aid
163 kq-lıq Avropa rekordunu yeniləyib.

Toplamda 303 kq (136+167) nəticə göstərən ağırlıqqaldıran yekun sıralamada
dünya birinciliyinin gümüş medalını sahib çıxıb. Alməmmədov bu nəticə ilə
rumıniyalı Yonut Donoseyə aid 300 kq-lıq rekordu da geridə qoyub.

Source link