6cf79861-2255-4a34-bc75-ae8d9c70f539..jpg

Azərbaycan Ağırlıqqaldırma Federasiyasında prezident seçkisi keçirilib – FOTO

Baxış sayı: 592 dəfə baxılıb.

Azərbaycan Ağırlıqqaldırma Federasiyasında prezident seçkisi keçirilib – FOTO

Azərbaycan Ağırlıqqaldırma Federasiyasında prezident seçkisi keçirilib.

Qurumdan verilən məlumata görə, bu gün baş tutan növbədənkənar ümumi
yığıncaqda Azərbaycan Sənaye Korporasiyasının baş direktoru Kamran Nəbizadə
federasiyanın yeni prezidenti seçilib.

Firdovsi Umudov və Mirsəməd Mövsümzadə isə vitse-prezident vəzifəsinə
seçiliblər.

Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbirdə
federasiyanın adının dəyişdirilməsi də qərara alınıb. Azərbaycan Ağır Atletika
Federasiyası bundan sonra Azərbaycan Ağırlıqqaldırma Federasiyası kimi qəbul
olunacaq.

Yeni prezident Kamran Nəbizadə çıxış edərək, qurumun bundan sonrakı fəaliyyəti
və qarşıdakı planları barədə danışıb. Sonda Milli Olimpiya Komitəsinin
vitse-prezidenti Çingiz Hüseynzadə yeni seçilən federasiya rəhbərliyinə uğurlar
arzulayıb.

Source link