ef535092-f953-44a8-847b-725035bfb3ab..jpg

Azərbaycan Amerika qitəsinin ən böyük kitab festivalında təmsil olunur – FOTO

Baxış sayı: 650 dəfə baxılıb.

Azərbaycan Amerika qitəsinin ən böyük kitab festivalında təmsil olunur – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Amerika qitəsinin ən böyük kitab festivalı – Beynəlxalq Kitab
Sərgisində təmsil olunur.

Bu barədə Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, Milli Məclisin deputatları – Meksika ilə parlamentlərarası
əlaqələr üzrə işçi qrupunun rəhbəri Jalə Əliyeva və Elşad Mirbəşiroğlu sərginin
açılış mərasimində iştirak ediblər.

Meksikanın Xalisko ştatının paytaxtı Qvadalaxara şəhərində keçirilən
dünyaşöhrətli festivalda bütün ölkələrdən çoxsaylı müəllif və tərcüməçi, xarici
kitabxanaların nümayəndələri, distribütorlar və minlərlə nəşriyyat təmsilçisi
iştirak edir.

Milli Məclisin nümayəndə heyəti sözügedən tədbirdə təmsil olunan Azərbaycan
stendinə baş çəkib, stendin fəaliyyəti ilə tanış olub. Ulu öndər Heydər
Əliyevin anadan olmasının yüzillik yubileyinə həsr olunmuş Azərbaycan stendində
onun həyat və yaradıcılığı, ictimai-siyasi fəaliyyətindən bəhs edən kitablarla
yanaşı, Azərbaycanın zəngin tarixi, mədəniyyəti, incəsənəti və mətbəxi, o
cümlədən Qarabağ, Şuşa haqqında çoxlu kitab nümayiş olunur.

Azərbaycan stendi kitabsevərlər tərəfindən böyük maraqla qarşılanıb. Sərgi
noyabrın 29-dək davam edəcək.

Source link