09b7b005-b550-4fc2-a37c-d6a444c953d3..jpg

Azərbaycan antiterror tədbirlərindən sonra ələ keçirdiyi qənimətləri diplomatlara nümayiş etdirdi – FOTO

Baxış sayı: 508 dəfə baxılıb.

Azərbaycan antiterror tədbirlərindən sonra ələ keçirdiyi qənimətləri
diplomatlara nümayiş etdirdi – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Ordusunun apardığı antiterror tədbirləri nəticəsində ələ keçirilmiş
hərbi qənimətlərin bir hissəsi Azərbaycan Respublikasında fəaliyyət göstərən
diplomatik korpus və hərbi attaşelər üçün nümayiş olunub.

Cixisyolu.com bildirir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin və Müdafiə
Nazirliyinin diplomatlar üçün brifinqindən sonra iştirakçılar silahlara baxış
keçiriblər.

Onlara məlumat verilib ki, Ermənistandan Qarabağ iqtisadi rayonuna daşınmış
silahlar Azərbaycan əleyhinə istifadə üçün nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan Ordusunun antiterror tədbirlərindan sonra Qarabağ
iqtisadi rayonunda separatçıların Ermənistandan gətirdikləri xeyli sayda
silahları, sursatları və dronları aşkarlanıb.

Daha çox foto burada: PhotoStock.az

Aqşin Kərimov

Source link