bbec9c7e-1382-4ba9-ac1a-cf29d845b843..jpg

Azərbaycan Asiya İnkişaf Bankı ilə COP29 çərçivəsində fəaliyyəti müzakirə edib – YENİLƏNİB + FOTO

Baxış sayı: 632 dəfə baxılıb.

Azərbaycan Asiya İnkişaf Bankı ilə COP29 çərçivəsində fəaliyyəti müzakirə edib
– YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İqtisadiyyat Nazirliyində nazir Mikayıl Cabbarovun Asiya İnkişaf Bankının
(ADB) Mərkəzi və Qərbi Asiya Departamentinin baş direktoru Yevgeniy Jukov
görüşündə iqlim dəyişikliyi ilə mübarizə üçün potensial maliyyələşmə imkanları,
ADB-in COP29 çərçivəsində fəaliyyət və qlobal iqlim siyasəti sahəsində plan
layihəsi və mümkün tərəfdaşlıq istiqamətləri müzakirə edilib.

Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan və ADB arasında
səmərəli əməkdaşlığın həyata keçirildiyini vurğulayıb. Bu il ölkəmizin ADB ilə
tərəfdaşlığının 25 ilinin tamam olduğu qeyd edilib və bu faydalı əməkdaşlığın
daha da dərinləşməsinin önəmi bildirilib. Bankın ətraf mühit, rəqəmsal inkişaf,
dövlət-özəl sektor tərəfdaşlığı, enerji, ölkəmizin tranzit-logistika
potensialının artırılması və müxtəlif infrastruktur layihələrinin
maliyyələşdirilməsində yaxından iştirakı yüksək qiymətləndirilib.

Görüşdə dövlətə məxsus müəssisələrdə səmərəliliyin artırılması, həmin
müəssisələrə özəl investisiyaların cəlb edilməsi məqsədilə görülən tədbirlər
barədə məlumat verilib, bu istiqamətdə əməkdaşlıq imkanları nəzərə çatdırılıb.

Yevgeniy Jukov ADB-in Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verdiyini
bildirib. Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, inklüziv artımın
təşviqi ilə bağlı atılan addımların təqdirəlayiq hal olduğu qeyd edilib. Qurum
rəsmisi COP29-un ev sahibi seçilməsi münasibətilə Azərbaycanı təbrik edib və
ölkəmizin “yaşıl inkişaf” gündəliyinin əhəmiyyətinə toxunub. ADB-in COP29-la
bağlı xüsusilə karbon bazarlarının inkişafı sahəsində texniki dəstək göstərməyə
hazır olduğu ifadə olunub.

Tərəflər əməkdaşlığın hazırkı vəziyyəti və qarşılıqlı maraq doğuran məsələlər
ətrafında fikir mübadiləsi aparıblar. İqlim dəyişikliyi ilə mübarizə üçün
potensial maliyyələşmə imkanları, ADB tərəfindən COP29 çərçivəsində fəaliyyət
və qlobal iqlim siyasəti sahəsində hazırlanmış plan layihəsi və mümkün
işbirliyi istiqamətləri müzakirə olunub.

18:10

“Asiya İnkişaf Bankının (AİB) Mərkəzi və Qərbi Asiya Departamentinin baş
direktoru Yevgeni Jukov ilə Azərbaycan-AİB əməkdaşlığının gündəmindəki
məsələləri müzakirə etdik”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” hesabında paylaşım edib.

“Həmçinin, görüş əsnasında iqlim dəyişikliyi ilə mübarizə üçün potensial
maliyyələşmə imkanları, COP29 çərçivəsində fəaliyyət və qlobal iqlim siyasəti
sahəsində AİB-in plan layihəsi, potensial sahələr üzrə tərəfdaşlıq
istiqamətləri müzakirə edilib”, – deyə nazir bildirib.

Asiya İnkişaf Bankının (AİB) (@ADB_HQ
) Mərkəzi və Qərbi Asiya
Departamentinin baş direktoru Yevgeni Jukov ilə#Azərbaycan

#AİB
əməkdaşlığının gündəmindəki məsələləri müzakirə etdik:

– #İqlimdəyişikliyi

ilə mübarizə üçün potensial maliyyələşmə imkanları;

– #COP29 (
@COP29_AZ )…
pic.twitter.com/QfO9WHnFUH
— Mikayil Jabbarov (@MikayilJabbarov) April 3, 2024

Source link