Son illərdə Azərbaycandan at ixracında artım müşahidə edilir.
Sfera.az xəbər verir ki, əvvəlki illərdə hər ay 70-100 baş at ixrac
edilirdisə, bu il aylıq ixrac sayı 200-ü ötüb. Rəsmi dövlət statistikasına
əsasən, bu ilin yanvar-iyul ayları ərzində 1 517 baş at ixrac edilib.
İxracın dəyərinə və coğrafiyasına diqqət yetirdikdə görürük ki, ölkəmizdən
daha çox ətlik məqsədlərlə at idxal olunur. 2024-cü ilin ilk 7 ayında ixrac
edilən atların dəyəri 301 min 790 dollar olub. Orta hesabla bir baş at 199
dollara (339 manat) satılıb. Ölkəmizdən ən çox atı Qazaxıstan alıb. Qazaxıstan
atı ətlik məqsədlə idxal edir. Yeddi ayda Qazaxıstan Azərbaycandan 1 444 baş at
alıb və buna görə 286 milyon dollar, yaxud hər ata görə 198 dollar (336 manat)
ödəyib.
Azərbaycandan Türkiyə və Özbəkistan da at alıb. Türkiyə 42 ədəd (hər birinə
orta hesabla 202 dollar), Özbəkistan 30 ədəd (hər birinə orta hesabla 200
dollar) at alıb.
Bir ədəd at isə Gürcüstana göndərilib və qonşu ölkə bunun üçün 1500 dollar
xərcləyib.