4c2ee0be-cf48-4e09-9abb-5ce8325a6f24..jpg

Azərbaycan atıcıları Almaniyada qızıl medal qazanıblar

Baxış sayı: 527 dəfə baxılıb.

Azərbaycan atıcıları Almaniyada qızıl medal qazanıblar
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan atıcıları Almaniyanın Dortmund şəhərində keçirilən “ISAS-2024”
beynəlxalq turnirində növbəti dəfə fəxri kürsüyə qalxıblar.

Cixisyolu.com xəbər verir ki, 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə qarışıq
komanda yarışında Nigar Nəsirova və Ruslan Lunyov tandemi qızıl medal
qazanıblar.

Eyni növdə qüvvəsini sınayan Elvin Astanov və Xanna Əliyeva cütlüyü isə ikinci
yeri tutublar.

Qeyd edək ki, bundan öncə Azərbaycan millisinin üzvü Xanna Əliyeva pnevmatik
tapançadan atəşaçmadan 235.2 xalla ikinci yeri tutaraq gümüş mükafata yiyələnib.

Source link