a7261cef-2079-43aa-a0c3-75f7c9b8dec1..jpg

Azərbaycan atleti Balkan çempionatında medal qazanıb – FOTO

Baxış sayı: 628 dəfə baxılıb.

Azərbaycan atleti Balkan çempionatında medal qazanıb – FOTO

Türkiyənin Sivas şəhərində 18 yaşadək atletlər arasında Balkan çempionatı
keçirilir.

“Report” xəbər verir ki, bu gün mübarizəyə qoşulan təmsilçilərimizdən İlahə
Quliyeva uğurlu çıxışla yadda qalıb.

O, 400 metr məsafəyə qaçışda 56,54 saniyə nəticə ilə yarışın gümüş medalını
qazanıb.

Nüvə itələmə növündə mübarizə aparan Səkinə Hacızadə isə 13,85 metr nəticə ilə
yeniyetmələr arasında Azərbaycan rekordunu yeniləyib. Hacızadə yarışda 7-ci
yeri tutub.

Source link