6e4e552c-bdef-4001-abc0-bf50b744ef16..jpg

Azərbaycan avarçəkəni Yay Olimpiya Oyunlarına lisenziya qazanıb – FOTO

Baxış sayı: 516 dəfə baxılıb.

Azərbaycan avarçəkəni Yay Olimpiya Oyunlarına lisenziya qazanıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Akademik avarçəkmə üzrə Azərbaycan yığmasının üzvü Diana Dımçenko Paris-2024
Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Cixisyolu.com xəbər verir ki, bu barədə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası
məlumat yayıb.

Dımçenko bu uğura Macarıstanın Seqed şəhərində təşkil edilən Avropa Olimpiya
Təsnifat reqatasında nail olub.

İdmançı yarımfinalda finişə hamıdan tez çatıb. O, 2000 metr məsafəyə yürüşdə
birinci olub (07:40.67/07:40.67).

Bu nəticə ilə avarçəkənimiz əsas A finalına vəsiqə əldə edib. Reqlamentə
əsasən, buradakı yarışı ilk üçlükdə başa vuran idmançılara olimpiada
lisenziyası verilib.

Diana Dımçenko vəzifənin öhdəsindən gələrək Paris Olimpiadasına lisenziyanı
təmin edib. Milli üzvü A finalında 2-ci olub.

Qeyd edək ki, sonuncu dəfə Azərbaycan avarçəkmə idman növündə 2016-cı ildə
Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil edilən Yay Olimpiya Oyunlarında
təmsil olunub.

Source link